Tehran və İrəvan 28 il sonra Araz çayı ilə bağlı qərar verdi

  • By Günel
  • 28 Sentyabr 2024 12:10

Ermənistan və İrəvan rəsmiləri Araz çayı üzərində ikinci körpünün tikintisi məsələsini müzakirə edirlər.

Gununsesi.info Globalinfo.az- a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ikinci körpünün tikintisi məsələsi artıq razılaşdırılıb. Sadəcə iki ölkənin nümayəndələri arasında texniki məsələlər müzakirə olunur.

Qeyd edək ki, İranla Ermənistan arasında Araz çayı üzərində ilk körpü 1996-cı ildə Mehri sərhəd-keçid məntəqəsində tikilib və istifadəyə verilib.

Gununsesi.info