Milli Parkın ərazisində brakonyerlik edən şəxs saxlanıb

  • By Günel
  • 28 Sentyabr 2024 11:30

Milli Parkın ərazisində brakonyerliklə məşğul olan şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan F.Şükürov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info