Səfirin evinin açarı və məxfi məlumatlar olan kompüter oğurlandı

  • By Günel
  • 28 Sentyabr 2024 12:05

İordaniyanın Fransadakı Səfirliyinə hücum olub.

Gununsesi.info Qafqazinfo- ya istinadən xəbər verir ki, naməlum şəxslər səfirliyə daxil olaraq binadakı bəzi avadanlıqları qarət ediblər.

Bildirilir ki, səfirlikdən məxfi məlumatlar olan kompüter, 15 min avro dəyərində saat və səfir Lina əl-Hadidin mənzilinin açarı oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info