Bu qaydalara əməl etməyən ruslar cəzalanacaqlar

Rusiyada it sahibləri ev heyvanlarını ağızlıqsız və ipsiz gəzdirdiklərinə görə cərimələnəcəklər.

Gununsesi.info xəbər verir ki, Dövlət Duması müvafiq qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bildirilib ki, ev heyvanlarının saxlanması tələblərini pozduqlarına görə rusiyalılar 500-dən 1500 rubla qədər, təkrar pozuntuya görə isə 3000 rubl ödəməli olacaqlar. Fərdi sahibkarlar 3000-dən 5000 rubla qədər, təkrar pozuntu halında isə 10.000 rubla qədər cərimə ediləcəklər.

Yeni tələblərə ağızları bağlanmış və qarmaqlı itlərin gəzdirilməsi, ictimai yerlərdə heyvan tullantılarının təmizlənməsi və itlərin ayrılmış yerlərdən kənarda gəzdirilməsinə icazə verilməməsi daxildir.

Moskva Regional Dumasının nümayəndəsi Sergey Kerselyanın qeyd etdiyi kimi, analoji qaydalar artıq Moskva vilayətində də qüvvədədir. İndi onları bütün ölkəyə yaymağı təklif ediblər.

 

 

Günel

Gununsesi.info