“İtlərin toplaşdığı ərazi gediş-gəlişli məktəb yoludur” - VİDEO

  • By Günel
  • 25 Sentyabr 2024 14:47

Suraxanı rayonunun Bülbülə qəsəbəsində sahibsiz itlər sakinləri narahat edir.

Bu barədə Gununsesi.info – ya şikayət edən qəsəbə sakini Naib Yusifov bildirib ki, itlər Bülbülədə “Qədir bağı” deyilən ərazidən gölə düşən yolda məskunlaşıblar.

Onun sözlərinə görə ərazidə 60-dan çox sahibsiz it var: “Ötən gün bir qızı az qalsın, parçalayacaqdılar. “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə dəfələrlə müraciət etmişik, gəlib bir-iki iti aparırlar, amma problem tam həll olunmur. Uşaqlar dərsə gedə bilmir, böyüklər də yolu keçərkən çox çətinlik çəkirlər. Sahibsiz itlərin məskunladığı ərazi gediş-gəlişli məktəb yoludur. Bu vəziyyət 5-6 aydan çoxdur ki, davam edir”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva saytımıza açıqlamasında bildirib ki, icra orqanlarının sahibsiz itlərlə məşğul olmaq səlahiyyəti yoxdur

Gununsesi.info