
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşü zamanı “nüvə dosyesi” ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən məlumatda deyilir.
“Borrell nüvə diplomatiyasının bərpasının vacibliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsinə uyğun olaraq Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) koordinatoru rolunda Ali Nümayəndə müxtəlif tərəflərin narahatlıqlarını nəzərə alan diplomatik həllin təşviqinə davamlı sadiqliyini ifadə edib”, – deyə sənəddə deyilir.
Qeyd olunur ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi İranın nüvə proqramı ilə bağlı razılaşmanın tərəfləri ilə görüşlər keçirmək imkanı yaradır.
Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan nüvə sazişini (JCPOA) bağladılar.
2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Vaşinqtonun FDP-dən çıxdığını və Tehrana qarşı sanksiyaların bərpa olunduğunu elan etdi.
Şəbnəm