Əziz Orucov təcridxanaya qaytarıldı

  • By Günel
  • 25 Sentyabr 2024 15:59

Hazırda həbsdə olan “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov bir müddətdir ki, müalicə aldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə Gununsesi. info -ya onun vəkili Bəhruz Bayramov məlumat verib.

Xatırladaq ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işinin açıldığı, onun şübhəli şəxs qismində saxlandığı bildirilib.

Gununsesi.info