Trampın Zelenski ilə görüşdən daha mühüm problemləri var -Analitik

Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən daha mühüm problemləri var.

Gununsesi.info xəbər verir ki, bunu Amerikalı, siyasi elmlər doktoru Rafael Orduxanyan RT ilə söhbətində siyasətçinin Ukrayna lideri ilə görüşdən imtina etməsini şərh edərkən deyib.

“Niyə onu dəfələrlə şəxsən təhqir edən, onun haqqında həddindən artıq, belə demək mümkünsə, qərəzsiz danışan adamla görüşməlidir? O, dəfələrlə bildirib ki, Trampın gəlişi ilə Ukraynada onun rejimi üçün problemlər yaranacaq”, – deyə politoloq bildirib.

Orduxanyan eyni zamanda qeyd edib ki, seçkilərdə qalib gəlsə, Tramp administrasiyası ABŞ-ın Ukrayna məsələsində ümumi ritorikasını və mövqeyini dəyişməyəcək.

Tramp bundan əvvəl seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ı Ukraynadakı münaqişədən çıxaracağına söz vermişdi.

 

Afət

Gununsesi.info