Senatorda tipik vicdansız, populist siytasətçi rolunu oynamaq istəyir - Fazil Mustafa

Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasına “Artsax Gəlirlərinin Bərpası Aktı” adlı qanun layihəsi təqdim edilib. Layihənin müəllifi Kaliforniyadan konqresmen Adam Şiffdir.

Sözügedən layihədə söhbət Qarabağın işğalı zamanı o ərazilərdə yaşayan ermənilərə maddi kompensasiyaların verilməsindən gedir, əks təqdirdə isə Azərbaycana qarşı bir sıra sanksiyaların (konkret şəxslərə qarşı) tətbiqi, o cümlədən prezident suveren aktivlərimizin dondurulmasına qədər nəzərdə tutulur. Qanun layihəsində Azərbaycan hərbi təcavüzdə və etnik təmizlikdə ittiham olunur.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa, layihənin nə ilə nəticələyini bu cür şərh edib:

“Ümumiyyətlə, ABŞ-da bu cür cəhdlər olacaqdır. Çünki Ermənipərəst qüvvələr məsələni bu cür gündəmə gətirirlər. Amma birinci növbədə Ermənistanın Azərbaycana təzminat məsələsi elə ABŞ-da gündəmə gəlməlidir ki, 30 ildə bizə vurulan zərər kifayət qədərdir. Onların iddiaları isə tamamilə əsassızdır. Qarabağdan bir erməni belə məcburi sürətdə çıxarılmayıb, bütün fəaliyyət könüllü olub və Azərbaycan tərəfi bu prosesdə humanist köməklik edib. Üstəlik, onlara Azərbaycan vətəndaşlığı təklif olunub və imtina ediblər. Hər halda bu qərar kifayət qədər populist qərardır və tətbiq etmək özü bir absurd xarakter daşıyır. Əgər ermənilər könüllü getməsəydi, hardasa, nələrisə müzakirə etmək olardı. Fakt budur ki, onlar könüllü gedib. Hətta ermənilərin indi də Azərbaycan vətəndaşı olmaq imkanları var və müraciət etmirlərsə, öz işləridir. Bu kimi məsələlərdə hər hansısa bir sanksiya tətbiq eləməyin qarşılığı odur ki, 30 illik işğalda dağıdılan ərazilərə görə Ermənistanın təzminat məsələsi obyektiv müzakirə edilsin. Bu məsələyə isə Amerikada toxunan yoxdur. Senatorda o, tipik bir vicdansız populist siytasətçi rolunu oynamaq istəyir. Demokratiyanın beşiyi sayılan Amerikada belə qarşı-qarşıya qoyma, faşist yanaşma olmamalıdır. Necə ola bilər ki, bir xalqın iztirabını görməyəsən, amma başqa xalqın saxta iztirabı haqqında nağıl yuydurasan?!”

 

 

Orxan Saffari

Gununsesi.info