Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini ilə görüşdü

  • By Günel
  • 03 Sentyabr 2024 15:10

İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

Gununsesi.info Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri “X” hesabında paylaşım edib:

“Azərbaycan-Belarus əlaqələrinin gücləndirilməsi istiqamətində imzalanmış sənədlərin icrasını, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə etdik”.

Gununsesi.info