
Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir.
Gununsesi.info xəbər verir ki, bunu Qəmər Adaları İttifaqının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) sabiq səfiri Tohiri Mohamed Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” adlı konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərkən deyib.
O qeyd edib ki, bu gün Fransa Qəmər adalarında öz müstəmləkə siyasətini davam etdirmək istəyir:
“Fransa bizim ərazimizdə dövlət çevrilişinə cəhd göstərib. Mayotdakı Fransa təmsilçiliyi ərazi bütövlüyünə təhdid yaradır. Fransa qeyri-qanuni şəkildə ərazidə müstəmləkə siyasətini davam etdirir”.
Sabiq səfir vurğulayıb ki, ərazidə mövcud olan qaz və digər təbii ehtiyatlar Fransanın adaya marağını daha da artırıb, eyni zamanda, siyasi müdaxilələrinin güclənməsinə yol açıb:
“Bütün beynəlxalq qətnamələrə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsizlik edir. Fransa hakimiyyəti özünün müstəmləkə siyasətini qanuniləşdirməyə çalışır”.
Gununsesi.info