Azərbaycanın FIFA referisi növbəti təyinatını alıb

  • By ilhame
  • 03 Sentyabr 2024 13:50

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

 

Gununsesi.info AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq..

 

 

Gununsesi.info