Bakıda yeniyetmə qız itkin düşdü

  • By Günel
  • 03 Sentyabr 2024 09:32

Bakıda 14 yaşlı qız itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Binəqədi rayon Binəqədi qəsəbəsi 1-ci korpus yaşayış massivində yaşayan X.Mirisov övladının itkin düşdüyünü bildirib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən şəxs onunla eyni ünvanda yaşayan qızının sentyabrın 1-i saat 20 radələrində evi tərk etdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.

 

Gununsesi.info