İrəvanla Bakı arasında normallaşma prosesinə töhfə verməyə hazırıq - Nikoloz Samxaradze

  • By ilhame
  • 03 Sentyabr 2024 13:29

Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazırdır.

 

Gununsesi.info Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkənin qanunverici orqanının Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

 

Tərəflər regional məsələləri, eləcə də ikitərəfli gündəliyi müzakirə edib, strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.

Gununsesi.info