
“Football Meets Data” portalı UEFA Avropa Liqasında klubların təxmini sıralamasını açıqlayıb.
Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, Liqa mərhələsinin lideri olmağa ən yaxın namizəd İngiltərənin “Tottenhem” klubu göstərilib. London klubunun şansları 49 faiz dəyərləndirilib.
Azərbaycan təmsilçisi “Qarabağ” sıralamada 22-ci pillədə göstərilib. “Köhlən atlar”ın ilk “8-lik”də qalmaq şansı 16, pley-offa düşməyi isə 65 faiz göstərilib.
İlk 8 yer isə belə təxmin edilib:
1. “Tottenhem”
2. “Mançester Yunayted”
3. “Roma”
4. “Atletik”
5. “Qalatasaray”
6. “Latsio”
7. “Portu”
8. “Real Sosyedad”.
Avropa Liqasının yeni formatına görə Liqa mərhələsini birinci 8 sırada bitirənlər birbaşa 1/8 finala, 9-24-cü pillələr isə pley-off mərhələsinə yüksələcək.
“Qarabağ”ın rəqibləri isə belədir: Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budyo Qlimt”, Rumıniyanın FCSB və İsveçin “Elfsborq” komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, təmsilçimiz “Ayaks”, “Lion”, “Malmö” və FCSB ilə Bakıda, digər komandalarla səfərdə qarşılaşacaq.
Gununsesi.info