
Çinin şərqindəki Tayan şəhərində məktəbin qarşısında avtobusun iştirakı ilə ağır nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info “Xinhua” agentliyinə istinadən xəbər verir ki, avtobusun dərsə tələsən uşaq izdihamına çırpılması nəticəsində 11 uşaq ölüb, 18 nəfər xəsarət alıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisənin digər təfərrüatı açıqlanmır.
Gununsesi.info