Ukrayna XİN: “Putinin Monqolustana səfəri ağır zərbədir”

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixi prezident Vladimir Putinin Monqolustan səfərini “ağır zərbə” adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində Putinin ölkəyə səfərinə belə kəskin reaksiya verib .

Tixi qeyd edib ki, Monqolustanın Vladimir Putin haqqında BCM-nin həbs qərarına əməl etməkdən imtina etməsi Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq cinayət hüququ sisteminə zərbədir: “Biz bunun Ulan-Bator üçün nəticələrinin olmasını təmin etmək üçün tərəfdaşlarla işləyəcəyik”.

 

 

 

Gununsesi.info