
Son Azərbaycan çempionu “Qarabağ”ın növbəti transferi bəlli olub.
Gununsesi.info-nun məlumatına görə, Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku heyətinə cəlb edib.
24 yaşlı yarımmüdafiəçinin transferinin detalları açıqlanmayıb. Transferin tezliklə rəsmi şəkildə elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, “Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə “Sabah”da çıxış edib.
Gununsesi.info