Muxtar Babayev: Dünyada son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb

  • By Günel
  • 03 Sentyabr 2024 09:50

Son 10 ildə dünyada dəniz səviyyəsi əvvəlkindən iki dəfədən çox sürətlə qalxıb.

Gununsesi.info  “Report”-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.

Onun sözlərinə görə, dəniz səviyyələrindəki bu dəyişikliklər kiçik ada dövlətləri üçün riskdir:

“İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də, biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir”.

Gununsesi.info