Göygöldə yük maşınları toqquşdu: Xəsarət alanlar var

  • By Günel
  • 03 Sentyabr 2024 09:39

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info -nun “Report” -a istinadən məlumatına görə, Hacıməlik qəsəbəsi ərazisində iki yük maşınının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info