Gürcüstanın parlament sədri uğurlu seçki münasibətilə Azərbaycanı təbrik edib

  • By ilhame
  • 03 Sentyabr 2024 13:34

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı sədr sosial şəbəkə hesabında paylaşım edib.

 

“Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm. Mən xalqımıza sülh, təhlükəsizlik və firavanlıq gətirmək üçün azərbaycanlı həmkarlarımla yaxından işləməyi səbirsizliklə gözləyirəm”, – deyə paylaşımda qeyd edilib.

Gununsesi.info