Ötən ay Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 33 əcnəbi çıxarılıb

  • By Günel
  • 03 Sentyabr 2024 13:00

Cari ilin avqust ayında Gürcüstandan 33 əcnəbi çıxarılıb.

Gununsesi.info “Report”-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, onlar İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları olub.

Miqrasiya İdarəsindən bildirilib ki, həbs edilənlərin bəziləri Gürcüstanı könüllü tərk edib, digərləri isə məcburi şəkildə ölkədən çıxarılıb.

Gununsesi.info