PSJ-nin yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçib

  • By ilhame
  • 03 Sentyabr 2024 13:03

Fransanın PSJ klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Danilo Pereyra Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a keçib.

 

Gununsesi.info Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Yerli mətbuatın yazdığına görə, transfer məbləği 5 milyon avro təşkil edib.

 

Qeyd edək ki, yarımmüdafiəçi PSJ-də 157 oyun keçirib və 10 qol vurub. O, Portuqaliya millisinin formasında meydana çıxdığı 74 oyunda 2 dəfə fərqlənib.

Gununsesi.info