
Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Bildirilib ki, qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gununsesi.info