Azərbaycanda DƏHŞƏT: İtkin düşən qızı qonşusu həyətində basdırıbmış

  • By Günel
  • 03 Sentyabr 2024 14:56

Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.

Gununsesi.info -nun “Report”- a istinadən məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bildirilib ki, qızın meyitinin qonşu tərəfindən həyətdə basdırıldığı müəyyən olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info