
Ukraynanın Xarkov vilayətində bir neçə partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayışlar bir-birinin ardınca bir neçə dəqiqə ərzində baş verib.
Ukraynanın “Public” nəşri də Pavloqrad və Dneprdə partlayışlar barədə məlumat yayıb.
Əhalinin xəbərdar edilməsi üzrə rəsmi resursun məlumatına görə, hazırda Ukraynanın Dnepropetrovsk, Poltava, Sumı və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı qüvvədədir.
Sentyabrın 2-də səhər saatlarında Sinegubov bildirib ki, Xarkov vilayətinin Boqoduxovski rayonunda baş verən partlayışlardan sonra infrastruktur obyekti zədələnib.