
Rusiya Qərbi Balkan ölkələrinin Avropa inkişaf yolunu seçməsinə baxmayaraq, regionda köhnə münaqişələri yenidən alovlandırmağa çalışır.
Gununsesi.info xəbər verir ki, bunu sentyabrın 2-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Sloveniyanın Bled şəhərində təhlükəsizlik forumunun açılışında çıxışı zamanı deyib.
O, xatırladıb ki, tarixən Qərbi Balkanlar çox vaxt Şərqlə Qərb, Şimalla Cənub arasında sərhəddə olub, lakin yeni nəsil Avropaya doğru istiqamət seçib.
Lakin onun fikrincə, indiki Rusiya rəhbərliyi “reallığı qəbul etməkdən imtina edir” və keçmişdə yaşayır.
“Kreml köhnə münaqişələri qızışdırmağa, nifaq salmağa çalışır – Qərbi Balkanlar daxilində, eləcə də Avropanın qalan hissəsi arasında” – deyə fon der Leyen vurğulayıb.
Eyni zamanda, Avropa Komissiyası sədrinin vurğuladığı kimi, region ölkələri əsas islahatları həyata keçirməkdə davam edir və gələcək inteqrasiyaya doğru irəliləyirlər.
“Bu regionun daha da sürətli inteqrasiyası üçün siyasi iradəmiz Avropa İttifaqının demokratiyalar birliyi olduğuna dair qəti inamımızla yanaşı gedir. Demokratik prinsiplərimizlə istənilən kompromis məqsədlərimiz üçün ölümcül ola bilər. Həm Aİ-yə üzv dövlətlər, həm də Qərbi Balkanlar regionu ölkələri çətin seçimlərlə üzləşəcəklər. İkitərəfli ziddiyyətlər həll edilməlidir”, – deyə AK rəhbəri vurğulayıb.