Keçən ildən Serbiya və Azərbaycan vətəndaşları bir-birinin ərazisinə vizasız səfər etmək imkanına malikdir - Ceyhun Bayramov

  • By ilhame
  • 02 Sentyabr 2024 13:24

“Bu gün ikitərəfli münasibətlərdən əlavə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələləri müzakirə edildi”.

 

Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında deyib.

 

O bildirib ki, Azərbaycan-Serbiya münasibətlərini xarakterizə edən məqam qarşılıqlı dəstəkdir. O əlavə edib ki, bu gün COP29 kontekstində də əməkdaşlıq məsələləri müzakirə olunub.

 

“2024-cü ilin ilk yarısında iqtisadi göstəriciləri məmnunluqla ifadə etdik. Bu il ərzində 160 min tona yaxın Azərbaycan nefti Serbiya bazarına çatdırılıb.

 

Ümumilikdə, əczaçılıq, kənd təsərrüfatı, nəqliyyat sahələri barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın potensialının Serbiya şirkətləri tərəfindən istifadə edilməsi müzakirə mövzusu olub. 2023-cü ilin noyabrından həm Serbiya, həm Azərbaycan vətəndaşları bir-birinin ərazisinə vizasız səfər etmək imkanına malikdir. Bu uğurun davamında iki ölkə arasında birbaşa uçuşların açılması yeni əlverişli imkanlar yarada bilər. Bu sahədə müzakirələr davam etdirilir, yaxın zamanlarda uğurlu nəticələrin olacağını gözləyirik”, – nazir vurğuylayıb.

Gununsesi.info