Trampla seçki yarışı sona qədər gərgindir

Donald Trampla seçki yarışı sona qədər gərgin davam edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Pensilvaniya ştatının Pitsburq şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Biz bilirik ki, bu, sona qədər gərgin yarış olacaq” – deyə Harris vurğulayıb.

Bundan əlavə, siyasətçi ABŞ prezidenti Co Baydenlə birlikdə çıxış edərək, ABŞ-ın hazırkı vitse-prezidentinin xalq dəstəyi səviyyəsinə görə Trampı qabaqladığı sosioloji sorğu məlumatlarına əhəmiyyət verməməyə çağırıb.

Bundan əvvəl “Politico” yazıb ki, Ağ Ev ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Amerika xarici siyasətindəki rolunu fəal şəkildə təbliğ etməyə başlayıb.

Eyni zamanda, avqustun sonunda Kamala Harris CNN telekanalına seçkiqabağı ilk müsahibəsində Rusiya və Ukrayna mövzusundan yayınıb. O, əsasən ABŞ-ın daxili siyasəti məsələlərinə diqqət yetirib.

Daha əvvəl WSJ yazmışdı ki, xarici siyasət məsələlərində amerikalılar Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa onun demokrat rəqibi Kamala Harrisdən daha çox güvənir.

Bununla belə, Amerika mediasının yazdığı kimi, bir sıra digər rəy sorğularında da seçicilər Harrisə ABŞ-ın keçmiş rəhbərinə üstünlük verirlər.

 

 

 

Günel

Gununsesi.info