Kaşğardakı tarixi türk məzarlıqları dağıdılır… - FOTO - VİDEO

  • By Günel
  • 03 Sentyabr 2024 12:19

Kaşğardakı qədim türk qəbiristanlıqları Çin hökuməti tərəfindən sistemli şəkildə dağıdılır.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Kaşğar şəhərinin Avat rayonundakı qəbiristanlıqlar Çin hökuməti tərəfindən ağır tikinti texnikası vasitəsilə sökülüb.
Eramızdan əvvəl 2-ci əsrdə salındığı təxmin edilən qədim şəhər tarix boyu sistemli olaraq Çin zülmünə məruz qalmışdır.

Bu gün həbs düşərgələri adı altında həqiqi mənliklərindən təcrid edilən və dini ayinlərini yerinə yetirmələrinə mane olan Şərqi türküstanlı müsəlmanlar kömək əli gözləyirlər.
Qəddarlıqlarına bir yenisini də əlavə edən Çin Tarixi türk qəbiristanlıqlarını dağıtmaqdan geri qalmır.

***

Qeyd edək ki, Kaşğar şəhəri ilk dəfə 1759-cu ildə mancurlar (Şimal-Şərqi Çinin yerli əhalisidir. Mancuruya əsilli Tunqus xalqıdır red.) tərəfindən Çinin əlinə keçdi. Bölgədəki müsəlmanlar uzun illər Çin və Mançu hökmranlığına qarşı üsyanlar təşkil etdilər.

Lakin Çin 1878-ci ildə yenidən Kaşğara nəzarəti ələ keçirdi və 1884-cü ildə Sincan adlı əyaləti yaratdı. 1932-1934-cü illər arasında böyük mübarizələrə şahidlik edən şəhər Şərqi Türküstan İslam Respublikası üçün mərkəzi əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq, 1949-cu ildə qurulan müasir Çin dövləti regionda öz üstünlüyünü qoruyub saxlaya bildi.

1955-ci ildə bölgədə Sincan-Uyğur Muxtar Rayonu yaradılıb. 1985-ci ildə ərazi Çin hökuməti tərəfindən mədəni və tarixi əhəmiyyətə malik şəhər elan edilib. Bu gün Kaşğar adı çox çəkilməsə də, əslində bu bölgə uyğur problemi kimi bildiyimiz hadisələrin baş verdiyi şəhərlərdən biridir. Ona görə də qeyd etmək lazımdır ki, bu gün Kaşğar Çinin Sincan-Uyğur Muxtar Vilayətinin tərkibində yerləşir.

 Videogörüntünü təqdim edirik:

Günel Həsənova 

Gununsesi.info