İsrail HƏMAS-ın bir kilometrlik tunelini məhv etdi

  • By Günel
  • 03 Sentyabr 2024 15:54

İsrail ordusu Qəzza zolağının şimalında uzunluğu bir kilometrdən çox olan tuneli məhv edib.

Gununsesi.info Globalinfo.az -a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Beyt Lahi bölgəsində HƏMAS-ın yeraltı tunel yolu aşkar olunaraq məhv edilib. Dağıdılan tunel marşrutunun uzunluğu bir kilometri keçir. Hərbçilər tunel marşrutu daxilində silahlar, elektrik infrastrukturu və trolleybus yolları aşkar ediblər”, – məlumatda bildirilib.

Gununsesi.info