
Böyük Britaniya 30 silah və komponentin Qəzza zolağında “beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması”nda istifadə olunma riski səbəbindən İsrailə tədarükünü dayandıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.
Xarici işlər naziri David Lammy bildirib ki, qərar hüquqi baxışdan sonra verilib.
O, vurğulayıb ki, söhbət qismən qadağadan gedir. Beləliklə, məhdudiyyətlər 350 ixrac lisenziyasından 30-na təsir edəcək.
Qeyd edək ki, bundan əvvəl İsraildə ölkə hakimiyyəti məhbusların və girovların azad edilməsi ilə bağlı sövdələşməni “torpeda etməkdə” ittiham olunurdu.