Türkiyədə amerikalı hərbçinin başına çanta keçirən fəallar saxlanılıb

Türkiyədə Türkiyə Gənclik Dərnəyinin (TGB) 13 fəalı İzmirdə USS WASP gəmisinin dənizçisinin başına torba keçirdikləri üçün saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Aydınlık” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılanlar arasında TGB sədri Kayahan Çətin də var.

USS WASP amfibiya hücum gəmisi ilə Türkiyəyə gələn ABŞ hərbçiləri sentyabrın 2-də İzmirdə hücuma məruz qalıb. Xəsarət alan əsgərin xidmətdə olduğu ehtimal edilir.

ABŞ-ın Türkiyədəki səfirliyi daha sonra ölkənin qərbində İzmirdə USS Wasp amfibiya hücum gəmisinə Amerika hərbçilərinə hücumu təsdiqləyib.

 

 

Gununsesi.info