
İngiltərə kralı Çarlzın ABŞ-da yaşayan kiçik oğlu Şahzadə Prens Harri yeni müsahibəsində həyat yoldaşı Meghan Marklınn həyatı təhlükəsi olduğunu bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərəli kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan şahzadə Harri həyat yoldaşı Meghan Marklını bıçaq hücumuna məruz qalmaqdan qorxduğu üçün məmləkətinə apara bilməyəcəyini deyib.
Harri eyni zamanda bildirib ki, 2022-ci ildə vəfat edən Kraliça II Yelizaveta magazin mətbuatına qarşı mübarizəsində ona böyük dəstək verib.
Harri və Meghan cütlüyü 2020-ci ilin iyununda Britaniya kral ailəsindən ayrıldıqdan sonra ABŞ-ın Kaliforniya ştatına köçüb.
Günel
Gununsesi.info