
Daxili İşlər Nazirliyi vəkil Toğrul Rzayevin Nəsimi Rayon Polis İdarəsində döyülməsi barədə iddialara reaksiya verib.
Qeyd edək ki, bu barədə adıçəkilən vəkilin özü sosial şəbəkə hesabında yazmışdı.
Gununsesi.info-nun xəbərinə görə, Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, T.Rzayev məqsədli şəkildə əsassız olaraq səs-küy salıb, vəkillik fəaliyyəti ilə bir araya sığmayan
hərəkətlərə yol verib:
“Toğrul Rzayevin fəaliyyətinə polis əməkdaşları tərəfindən müdaxilə edilməyib, təqsirləndirilən şəxsin başqa vəkilə müraciəti nəzərə alınaraq o, prosesdən kənarlaşdırılıb”.
İlhamə
Gununsesi.info