Venesuelada seçkilər: Müxalifət namizədi Edmundo Qonzales sorğularda Maduronu qabaqlayır

Venesuelada seçki qutusunun nəticələrindən asılı olaraq müxalifətin namizədi Qonzales, Nikolas Maduronu vəzifəsindən kənarlaşdıra bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bazar günündən etibarən Cənubi Amerika ölkəsi olan Venesuelada seçkilərdə xalq, ya hazırkı nizamın davamı kimi görünən Nikolas Maduronu, ya da onun rəqibi keçmiş diplomat Edmindo Qonzalesi seçəcək.

Bildirilir ki, səsvermə yerli vaxtla səhər saat 6-da başlayıb. Venesuelada 17 milyon seçicinin olduğu düşünülür və sorğulara görə müxalifətin namizədi irəlidədir.

Ölkədəki hakimiyyətin istəklərinə uyğun olaraq, seçkilər 2013 – cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən və kürsüsünü Maduroya buraxan keçmiş prezident Uqo Çavesin 70 illik yubileyinə təsadüf edib.

Cumhurbaşkanı Nicolas Maduro ve eşi Cilia Flores, Caracas'ta halkı selamlıyor, 25 Temmuz 2024

Seçki qutusundan mümkün dəyişiklik qərarının, və ya Çavesin xələfi Maduroya verilən yeni 6 illik müddətin bütün Amerika qitəsinə təsir edəcəyi gözlənilir.

Bu il 61 yaşı tamam olan Maduro illərdir davam edən partiyadaxili çəkişmələrin və seçki boykotlarının kölgəsində vahid namizəd ətrafında birləşən müxalifətə qarşı mübarizə aparır.

Edmundo Qonzales Maduronun təsiri altında olan Ali Ədalət məhkəməsi tərəfindən 15 il ərzində hər hansı bir vəzifəyə namizədliyi məhdudlaşdırılan güclü müxalifət  xadimi Marino Korina Maçadonun yerinə koalisayının namizədi kimi irəli sürülüb.

Keçmiş parlament üzvü Maçado ilkin seçki prosesində səslərin 90 faizindən çoxunu toplayaraq müxalifətin namizədi kimi vəsiqə qazanıb. Lakin onun prezidentlik yarışında iştirakına mane olub və bülletendə onun yerinə akademik seçib.

Lakin bu akademikə icazə verilməyəndə o vaxt siyasətə yenicə qədəm qoyan Qonzales namizəd kimi önə çıxıb.

Səsvermə bülletenində Maduroya qarşı çıxan daha səkkiz namizəd var, lakin yalnız keçmiş dövlət məmuru Qonzales hakimiyyətə təhlükə hesab olunub.

Sorğu şirkəti Delphos tərəfindən hazırlanan araşdırmaya görə, Qonzales səslərin 59,1 faizini alacaq. Maduronun nisbəti isə 24 faizdir.

Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malik Latın Amerikası ölkəsidir. Ancaq Maduro Çavesin varisi olandan sonra iqtisadiyyat tənəzzülə uğrayıb.

Neft qiymətlərindəki itkilər, ölkə daxilində aclıq və 130 mini ötmüş hiperinflyasiya əvvəlcə cəmiyyətdə iğtişaşlara səbəb olub.  Daha sonra isə insanlar dəstə-dəstə köç edib.

Cumhurbaşkanlığı seçimleri için düzenlenmiş bir mitingde Edmundo Gonzalez, Maria Corina Machado ile beraber Barinas'ta halkı selamlıyor, 26 Temmuz 2024

Maduronun 2018-ci ildə hakimiyyətə qayıdışından sonra ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar Venesueladakı böhranı daha da dərinləşdirib.

Son günlərdə Maduro ölkənin bir başından digərinə səyahət etmiş, xəstəxana və magistral yolların açılışlarını təşkil etmiş, kənd yerlərini ziyarət etmişdi.

Onun hazırkı vədlərinə iqtisadi təhlükəsizlik, sabit məzənnə və aşağı inflyasiya daxildir.

Əslində paytaxt Karakasda COVID-19 epidemiyasından sonra kommersiya fəaliyyətlərində artım olub.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2012-2020-ci illərdə 71 faiz daralma yaşayan ölkə iqtisadiyyatının bu il 4 faiz artacağı gözlənilir.

Venesuelalıların əksəriyyəti həyat keyfiyyətlərində heç bir yaxşılaşma görmədiklərini düşünüblər. Çoxları ayda 200 dollardan aşağı işləyir. Bu o deməkdir ki, yüz minlərlə insan hələ də əsas tələbat mallarını almaqda çətinlik çəkir.

Ölkədə əsas ərzaq məhsullarından ibarət səbətin aylıq dəyəri 385 dollardır. Ona görə də bəzi insanlar ikinci və ya üçüncü işlərdə çalışırlar.

Başqa bir sorğuya görə, seçicilərin dörddə biri Maduro yenidən hakimiyyətə gələrsə, ölkəni tərk etməyi düşünür.

Qeyd edək ki, son illərdəki hiperinflyasiya səbəbindən on minlərlə insan Latın Amerikası ölkələrinə, Karib hövzəsi ölkələrinə və ABŞ-a sığınıb.

 

 

 

Günel

Gununsesi.info