Paris-2024: Türkiyənin voleybol millisi ilk oyunda əzmkar qələbə qazanıb

  • By ilhame
  • 29 İyul 2024 14:05

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.

 

Gununsesi.info-nun məlumatına görə, “ay-ulduzlular” C qrupunun I turunda Niderland yığması ilə üz-üzə gəlib.

 

Görüş Türkiyə komandasının əzmkar qələbəsi ilə bitib – 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13).

 

Milli növbəti oyununu avqustun 1-də Dominikan Respublikasına qarşı keçirəcək.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Gununsesi.info