Türkiyə-İsrail gərginliyi: Hər iki ölkədən qarşılıqlı sərt bəyanatlar

İsrailin xarici işlər naziri Katz prezident Ərdoğanın sözlərinə onu İraqın devrilmiş lideri Səddam Hüseynlə müqayisə edərək cavab verdikdən sonra Xarici İşlər Nazirliyi Netanyahunun sonunun “Hitler kimi” olacağını bəyan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın bazar günü Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Rizedə İl Təşkilatında çıxışı zamanı İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlara tərəflər adından müdaxilə edə biləcəyini deməsi iki ölkə arasında gərginlik artırıb.

Türkiyənin Yaxın Şərqdəki gücünün əhəmiyyətini vurğulayan prezident Ərdoğan, İsrailin hücumlarının artmasına qarşı “Qarabağa və Liviyaya girdiyimiz kimi onlara da eyni şeyi edəcəyik. Bizim edə bilməyəcəyimiz bir şey yoxdur”– deyə vurğulayıb.

Bunun üzərinə İsrailin xarici işlər naziri İsrael Katz prezident Ərdoğan və İraqın devrilmiş lideri Səddam Hüseynin yan-yana fotolarını  səhifəsində paylaşıb.

Katzın Ərdoğanın sözlərinə onu Səddam Hüseynlə müqayisə edərək cavab verməsi Xarici İşlər Nazirliyi başda olmaqla bir çox siyasətçinin reaksiyasına səbəb olub.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, soyqırım törədən nasistlər hesaba çəkildiyi kimi, fələstinliləri məhv etməyə cəhd edənlər də cavab verəcəklər.

Image

Bəyanatda, “Soyqırım Hitlerin sonu olduğu kimi, soyqırımın da (İsrail Baş naziri Benyamin Netanyahu) sonu da olacaq” deyilir.

Xarici işlər naziri Hakan Fidan sosial media hesabında “Prezidentimiz insan vicdanının səsi oldu” deyərək əlavə edib: “Bu haqq səsi boğmaq istəyən beynəlxalq sionist dairələr, xüsusilə İsrail böyük təşviş içərisindədir. Tarix. bütün soyqırımlar və onların tərəfdarları üçün eyni şəkildə sona çatdı”.

Vitse-prezident Cevdet Yılmaz isə Katzın cavabını “həddindən artıq ifadələr” olaraq səciyyələndirərək, bunun “boş və etibarsız” olduğunu bildirib.

O, “Bugünkü Hitlerlərin və nasist düşüncəli insanların sonu tarixdə baş verənlərdən heç bir fərqi olmayacaq” deyərək reaksiya verib.

Oktyabrın 7-dən İsraillə Həmas arasında davam edən müharibədə 40 minə yaxın insan həyatını itirib, təxminən 84 min 700 nəfər isə yaralanıb.

Ərdoğan İsrailin baş naziri Netanyahunu soyqırım törətməkdə ittiham edib. Ərdoğan aprelin 26-da verdiyi açıqlamada belə şərh edib: “İsraillə əlaqələrimiz indi ticari mənadadır və bunu xarici işlər naziri də açıqlayıb; “Biz kəsdik, kəsirik”.

Müharibə başlamazdan əvvəl Türkiyə və İsrail on illik gərginlikdən sonra münasibətlərini normallaşdırmağa çalışırdılar.

 

Şəbnəm

Gununsesi.info