Vilayət Vəliyev yenidən Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib

  • By ilhame
  • 29 İyul 2024 13:56

Prezident İlham Əliyev Vilayət Məmməd oğlu Vəliyevin yenidən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru təyin edilməsi ilə bağlı sərəncam verib.

 

Gununsesi.info-nun məlumatına görə, dövlət başçısı sənədi Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq imzalayıb.

 

Qeyd edək ki, V.Vəliyev ilk dəfə 2019-cu ildə AzTU-ya rektor təyin edilib.

Gununsesi.info