Bakıda avtomobil 40 yaşlı qadını vurub

  • By ilhame
  • 28 İyul 2024 10:00

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, yolu keçən 1984-cü il təvəllüdlü Abbasova Zamirə Xasay qızını avtomobil vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı onurğa-beyin travması diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info