Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb

  • By ilhame
  • 28 İyul 2024 12:41

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Gununsesi.info xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib.

 

Rəqibinə məğlub olan Y. Nəcəfov turnirlə vidalaşmalı olub.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Gununsesi.info