
Astara rayonunda yağan leysan yağışları elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub.
Gununsesi.info-nun məlumatına görə, leysan nəticəsində rayonun Diqoli kəndində yüksək gərginlikli elektrik dirəkləri aşıb.
Elektrik naqilləri kənd sakinlərinin mal-qarasının otladığı əraziyə düşüb. Nəticədə iki iribuynuzlu heyvan tələf olub. Qəza səbəbindən ərazidəki yaşayış məntəqələri işıqsız qalıb.
Gununsesi.info