
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ölkənin hazırkı vitse-prezidenti Kamala Harrisi təhqir edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp Neşvildə Bitcoin 2024 konfransında çıxışı zamanı baş verib.
“Bu otaqda yüksək IQ-ya malik insanlar oturub. Rəqibimin IQ səviyyəsi aşağıdır və mən onun haqqında danışıram”– deyə Tramp Amerika prezidenti Co Bayden və Kamala Harrisə işarət edərək vurğulayıb.
Bundan əvvəl Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə demişdi ki, əgər Kəmalə Harris ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, dünya üçüncü dünya müharibəsi ilə üzləşəcək.
Bu, Harrisin Yaxın Şərqin problemlərini özündən çox az başa düşməsi ilə bağlıdır.
Şəbnəm
Gununsesi.info