
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasdan Türkiyə parlamentində çıxış etməkdən imtina etdiyinə görə üzr istəməsini tələb edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Cənab Abbas inciməsin, amma üzr istəməlidir, çünki biz onu dəvət etmişik, lakin o, gəlməyib”, – deyə dövlət başçısı bildirib.
Bildirilir ki, o, Türkiyə tərəfinin bu səfəri gözlədiyini vurğulayıb.
Ərdoğanın fikrincə, qəlbində bir damla belə insanlıq varsa, bu cür vicdansızlığın heç bir bəhanəsi yoxdur.
O qeyd edib ki, eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahunun “Hitler manyakı” olmasına baxmayaraq, ABŞ Konqresində alqışlanır.
Qeyd edək ki, iyulun 24-də Netanyahu ABŞ Konqresində çıxışı zamanı xəbərdarlıq edib ki, İsrailin özünümüdafiə hüququndan istifadə etməsinə mane olmaq cəhdləri ABŞ və digər Qərb ölkələri üçün ciddi nəticələrə gətirib çıxaracaq.
Şəbnəm
Gununsesi.info