Putin XİN başçısının birinci müavinini vəzifəsindən azad edib

  • By ilhame
  • 29 İyul 2024 13:30

Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin birinci müavini Vladimir Titovu tutduğu vəzifədən azad edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Onun vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb.

 

Titov 2013-cü ilin aprel ayından bu postda çalışırdı və Avropa ölkələri ilə əlaqələrə, eləcə də inzibati məsələlərə görə məsul olub.

Gununsesi.info