
Türkiyəli aktyor və aparıcı Kenan Işık 76 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
“Kim milyonçu olmaq istəyər?” verilişində aparıcılıq edən K. Işık 2014-cü ilin martında keçirdiyi beyin qanamasından sonra komaya girmişdi. Teatr ustası uzun müddətdir evində müalicə alırdı.
Qeyd edək ki, Kenan Işık Beril İşıkla ailəli idi, onların 2 övladı var.
Gununsesi.info