
Windows-da qlobal texniki nasazlıq dünya üzrə 8,5 milyon cihaza təsir edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu, əməliyyat sistemi olan cihazların 1%-dən azdır.
“Bu, bütün Windows kompüterlərinin kiçik bir hissəsi olsa da, kəsinti “kritik xidmətlərə” təsir etdi. Proqram təminatının yenilənməsi zamanı uğursuzluqlar baş verir, lakin belə miqyasda onlar olduqca nadirdir”– deyə Microsoft-un bloqunda bildirilir.
Xatırladaq ki, iyulun 19-da CrowdStrike antivirus proqramının səhv yenilənməsi səbəbindən Windows-da böyük fasilə yaranıb.
Bu səbəbdən dünyanın bir sıra ölkələrinin rabitə operatorları, bankları və aviaşirkətlər zərər çəkib.
Berlin, Hindistan, Türkiyə və digər ölkələrin hava yolları və hava limanları fəaliyyətini dayandırıb və reysləri ləğv edib. Bəzi telekanalların isə yayımı dayanıb.
Şəbnəm
Gununsesi.info