Ağsuda yol qəzası olub, xəsarət alan var

  • By ilhame
  • 28 İyul 2024 10:19

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

 

Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Kazımova Gülbəniz Ağarıza qızı xəsarət alıb. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info