
Yeni Azərbaycan Partiyasının 38 saylı Gəncə birinci Seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Naqif Həmzəyevin namizədliyi qeydə alınıb.
Gununsesi.info-nun xəbərinə görə, bugün DSK-nın iclasında bununla bağlı qərar elan olunub.
Qeyd edək ki, Naqif Həmzəyev V və VI Çağırış da həmin dairədən millət vəkili seçilib.
Həmzəyev hakim partiyanın ən fəal deputatlarından biri kimi tanınıb.
Məlumata görə, YAP-ın Gəncədən namizəd irəli sürdüyü digər şəxslərin də namizədliyi müvafiq DSK tərəfindən qeydə alınıb.
Günay
Gununsesi.info