Venesueladakı seçkilərin nəticələrinə Borrelldən reaksiya

“Venesuela hakimiyyəti Venesueladakı seçkilərin nəticələrinə hörmət etməli və seçki prosesinin şəffaflığı prinsipinə əməl etməlidir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel X sosial şəbəkəsində yazıb.

“Venesuela xalqı öz ölkələrinin gələcəyi üçün dinc və çoxlu sayda səs verdi. Onların iradəsinə hörmət edilməlidir. Seçki prosesinin tam şəffaflığının təmin edilməsi  həyati əhəmiyyət kəsb edir”, – deyə siyasətçi qeyd edib.

Bundan əvvəl Venesuela müxalifətinin lideri Mariya Korina Maçado orduya müraciət edərək 51,2 faiz səs topladığı seçkilərin nəticələrinə görə ölkənin hazırkı prezidenti Nikolas Maduronu devirməyə çağırıb.

Seçkilərin nəticələri Argentina, Çili və Peru tərəfindən də tanınmayıb.

 

 

 

İlhamə

Gununsesi.info